AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜSİKON başqanı Orhan Beşiktepe – “Xocalı qətliamı bir Soyqırımdır” - Özəl

  • + A
  • - A
  • 28-02-2021, 18:45


    TÜSİKON başqanı Orhan Beşiktepe – “Xocalı qətliamı bir Soyqırımdır”

    Abdullah Yiğit - İstanbul

    Azadmedia.az-a verdiyi açıqlamasında - Türkiyə Sənayeçiləri və İşadamları İstehsalçıları Birliyi (TÜSİKON) İdarə heyəti Başqanı Orhan Beşiktepe, Xocalı qətliamının bir soyqırım olaraq qiymətləndirdiyini söyləyib.

    Başqan Beşiktepe yazılı açıqlamasında – “Xocalı soyqırımı 26 fevral 1992-ci ildə, Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində, 366-cı Motorlu Piyada Alayının dəstəyi ilə mənfur erməni qüvvələri tərəfindən həyata keçirilmişdir. Daha sonra ermənilərin verdiyi açıqlamalarda bunun "intiqam" olduğunu dedikləri bildirib.. O qədər dəhşətli bir vəhşətdir ki, bəşəriyyət tarixində misli görünməmiş tam bir "Soyqırım"dır və hətta "Şiddət" sözü belə bu soyqırıma az qalır”.

    “Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası belə bu qətliamın “indiyə qədər edilən ən geniş sivil qətliam” olaraq xarakterizə etdiyını ifa edib. Rəsmi rəqəmlərə görə, 106-sı qadın və 83-ü uşaq, 70-dən çox qoca olmaqla cəmi 613 nəfər öldürülüb. (Lakin bu rəqəmlərə itkin düşənlər və minlərlə yaralı daxil deyil.) Cəsədlərdə aparılan müayinələrdə insanların çoxunun yandırıldığı, gözlərinin çıxarıldığı, başlarının kəsildiyi, hamilə qadınların qarnının yırtıldığı məlumdur və hətta bu soyqırımda uşaqlar belə ağır işgəncələrə məruz qalaraq öldürülmüşdür”.

    Başqan Orhan Beşiktepe – “Təsadüfi deyildir ki, bu qətliamı törədənlər Xocalı soyqırımın 29-cu ildönümündə öz ölkələrində xaos yaşayır. Bəli, bu gün, mənfur Ermənistanda olanlar heç də təsadüfi deyil. Bunlar Xocalıda günahsız yerə öldürülən, əsir götürülən, işgəncə edilən, öz ana-baba ocaqlarından didərgin düşənlərin, qundaqdakı körpələrin elə o vaxtı göylərə yüksələn ah nalələridir..
    Məhv olsun Ermənistan!
    Bu vəsilə ilə yola çıxaraq, Xocalı şəhidlərinin ruhlarını yad edir, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR