AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

10 % eşitməsi qalan keçmiş hərbçiyə əlillik verilmir, süründürülür

  • + A
  • - A
  • 4-03-2021, 11:39



    Son vaxtlar əlillərə qəsdən yaradılan problemlərdən kifayət qədər söz açsaq da, təəssüf ki, haqqı tapdalanan əlillər azalmaq əvəzinə, sıraları daha da genişlənir. Əlillərin haqlarını yeyən səlahiyyətli orqanlar əlilləri haqqı çatdıqları təqaüddən məhrum edir, bununla da əlillərin azaldığını bildirən yalançı statistikalar hazırlayırlar. Təəssüf ki, oxucu ordusu bol olan əksər xəbər saytlarını pulla ələ alıb aylıq ödəyir, problemlərin qabardılmasının qarşısını alırlar.
    Haqqı çatan, lakin süni əngəllər hesabına əlillik dərəcəsi ala bilməyənlərdən biri də 1988-ci il təvəllüdlü Xaçmaz rayonu Mənçəroba kəndində yaşayan Hacıyev Eyvaz Rövşən oğludur.
    Eyvaz Haciyev 2014 -2018-ci illər ön cəbhədə xidmət edib. 2018-ci il aprel ayın 4-də hərbi həkim komissiyasının qərarına əsasən sag qulağın 2.5m, sol qulağın eşitməməsi ilə ehtiyata buraxılıb. Keçmiş hərbçimizin hazirda 10% esitməsi qalıb. Təəssüf ki, sağlamlığını hərbi xidmətdə itirən, 4-cü dərəcəli ağır eşitmə ilə yaşayan Eyvaz Hacıyevə yardım edib əlillik təyin etmək əvəzinə 5 dəfə imtina edilib.
    Azadmedia.az-ın əməkdaşı ilə söhbət zamanı E.Hacıyev qeyd etdi ki, xidmətdən təxris olduqdan sonra onda 2-ci mərhələli xroniki böyrək xəstəliyi ortaya çıxıb. Təəssüf ki, bugünə kimi hər dəfə bir bəhanə tapılaraq, Vətən keşiyində sağlamlığını itirmiş E.Hacıyevə imtina verilir. Son 2 imtinada sənədləri qaydasında olsa da, imtinada bildirilir ki, natamam doldurulur. (oxşar bəhanə-müəl.)
    Baş idarələrinin bəhanələri səbəbindən Xaçmaz rayon poliklinikası bütün sənədləri qaytarıb, onu başa salıb ki, sənədləri “yuxarıdakılar” sistemə vurmalıdır. Çarəsiz qalan Eyvaz Hacıyev 02.02.2021-ci ildə Əlillərin Bərpa Mərkəzinə gedib.
    Mərkəzdən ona bildiriblər ki, sənədlər sistemə düz vurulmayıb. Lakin Eyvazın israrını, bütün sənədlərin qaydasında olduğunu görüb, söz tapmayıblar, onu başlarından etmək üçün hərbçilər üçün olan komissiyaya göndəriblər. Eyvaz komissiyanın vaxtını soruşanda bildiriblər, özləri xəbər edəcək. 1 ay keçsə də, nə bir xəbər, nə də bir zəng yoxdu. 2019-cu ilin aprel ayından bu vaxta qədər 5dəfə imtina alan keçmiş hərbçi heç yerdə işləmir, eşitmə aparatı almağa imkanı yoxdu, 10 % esitməsi qalıb. Eyvaz Hacıyev Azadmedia.az vasitəsi ilə xahiş edir, səlahiyyətli şəxslər ona kömək etsin.
    Elnurə Abuşova










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR