AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Nəhayət Şirinova - "Özgüvənli bir gəncin intihara meyli sıfra bərabərdir" - Reportaj

  • + A
  • - A
  • 26-03-2021, 08:39

    Psixoloq Nəhayət Şirinova - "Özgüvənli bir gəncin intihara meyli sıfra bərabərdir" - Reportaj

    Psixoloq Nəhayət Şirinova, Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın “Son vaxtlar, ölkəmizdə azyaşlılar arasında başverən intihar halları, səbəbləri və bunun qarşısının alınması yönündə valideynlər hansı addımları ata bilər"? - deyə suallarına aydınlıq gətirib.

    1. Son zamanlar intihar halları niyə artıb?
    - Psixoloq Nəhayət Şirinova, əfsuslar olsun ki, son günlərdə ürək ağrısı ilə rastlaşdığımız faktlar bunu təsdiqləyir – deyə qeyd edib.
    Onun sözlərinə görə, intiharlar son vaxtlar həm də gənclər və yeniyetmələr arasında artıb. Araşdırmalar bunu deməyə əsas verir ki, dünyada hər 40 saniyədə 1 insan intihar edir və bu rəqəmdə illər keçdikcə artım müşahidə olunur. İnsan həyatında mövcud olan problem situassiyalar psixoloji cəhətdən zəif insanları bitmiş, tükənmiş, çarəsiz hala gətirir və intihar adlı acı ilə üz-üzə qoyur.

    Psixoloq Nəhayət Şirinova - Özgüvənli bir gəncin intihara meyli sıfra bərabərdir. Valideyn-övlad münasibətlərində dostluq faktoru önəmli məsələlərdəndir.


    2. İntihar etmək ümumiyyətlə çıxış yoludurmu?
    - Xeyr, intihar heç vaxt çıxış yolu olmayıb. Məsələ burasındadır ki, intihar səbəblərini bir çox insan iqtisadi, sosial problemlərə bağlayır. Əslində intiharın kökündə (araşdırmalar da bunu göstərir) fərdi, daxili problemlər dayanır. Bu gün, biz internet əsrində, dijital bir erada yaşayırıq. Və son zamanların intihar hadisələrinə nəzər salsaq, diqqət etsək görərik ki, intiharların böyük qismi təqlid xarakteri daşıyır. Qısa zaman kəsiyində eyni məkanda, eyni formada olan silsilə intiharlar baş verir. Belə ki, zəif düşüncəli insanlar öhdəsindən gələ bilmədiyi duyğuları və problemləri həll etmək istəyərkən bəzən seçdiyi səhv çıxış yolları məhz, intihar olur.

    3. 2005-ci il təvəllüdlü uşaq niyə intihar edə bilər?
    - Əslində o, uşaq adlandırdığımız yetkin gəncin öz iç dünyasında yetərincə buna səbəblər yaranır ki, bundan heç birimizin xəbəri yoxdur. Ona görə ki, biz bunu bilmək istəmirik, araşdırmırıq. Elə günün bizə tələbi də bu faktların araşdırılması və bu yöndə maarifləndirmənin gücləndirilməsidir. İnanın ki, xoşagəlməz hadisə baş verdikdən sonra hər kəs bu səbəbləri müzakirə obyektinə çıxardır. Amma yaxşı olar ki, bunu daha əvvəlcədən prioritet bir məsələ kimi hər birimiz qaldıraq və bacardığımız qədər bu ağrının qarşısını almağa çalışaq. Bu yaş dönəmində yeniyetmələr ətrafda olan hadisələrə qarşı daha həssas, daha dolğun şəkildə reaksiya verə bilirlər. Bəlkə də, bir çoxlarına adi hal kimi görünə bilər, amma ailədə olan sevgi aclığı, diqqət əksikliyi, qayğısızlıq, ünsiyətsizlik və s. intihara səbəb olan amillərdəndir.


    4. Uşaq üçün intihar nədir?
    - Araşdırmalar bunu deməyə əsas verir ki, əslində bu uşaqların, yeniyetmələrin fikri özünü öldürmək deyil. Əslində, bunun təməlində onların əksər hallarda özünü sübut etmək, hansısa bir tələbi irəli sürmək, hansısa situasiyaya etiraz etmək və daha çox halda özünə diqqət çəkmək dayanır. Yaxşı, bəs nədir uşağın dərdi, nədir onu intihara sövq edən?
    İnanın ki, bir çox hadisələrin kökündə ailədə olan davamlı münaqişələr, qayğısızlıq, diqqətsizlik, sevgi azlığı, zehni yüklənmələr, günah hissi, qorxular və bu kimi hallar dayanır.
    Əzizlərim unutmayaq ki, hər bir intihar bizlərə, cəmiyyətimizə olan bir mesajdır.
    Heç kim məni anlamır kimi!
    Heç kim üçün bir dəyərin yoxdur kimi!
    Danışacaq, söz deyəcək hec kimim yoxdur kimi! - Düşünürlər və s.

    5. Bu öncə beyindəmi gerçəkləşir yoxsa birdən-birə ortaya çıxır?
    - Mənə elə gəlir ki, heçnə birdən- birə baş vermir insan həyatında. İllərlə şüuraltımıza alaqladığımız mənfi emossialar, zehni yüklənmələr, travmalar və s. yığılır və son həddə bu kimi arzuolunmaz hallar baş verir.

    6. Valideynlərin üzərinə düşənlər…
    - Valideynlər! Ən çox məsuliyyət yükü daşıyan və arzuolunmaz hallarda ən çox acı çəkən insanlardır!
    Uşaqların xüsusilə yeniyetmələrin həyat məktəbinə hazırlanmasında valideyn rolu əvəzsizdir. Valideyn ilk öncə öz övladına dəstək nümayiş etdirməli, daimi qayğı və sevgisini öz övladından əsirgəməməlidir. Özgüvənli bir gəncin intihara meyli sıfra bərabərdir. Valideyn-övlad münasibətlərində dostluq faktoru önəmli məsələlərdəndir.
    Valideynlər xüsusilə övladlarının abiturient olma dönəmində daha diqqətli olmalıdır. Çünki intihara cəhd halları imtahan sonrası daha aktiv şəkildə özünü göstərir.

    Qeyd; Əziz valideynlər, atalar analar! Biz, hər birimiz gözəl valideyn ola bilərik öz övladımızın maddi tələbatını yaxşı ödəyə bilərik, amma inanın ki, əsas olan mənəvi tələbatdır, dostluqdur, sevgidir, şəfqətdir! Gəlin, öz övladlarımızın əsl dostu olmağı bacaraq, onları dinləyək, şəxsiyyət kimi yanaşaq, fikirlərinə hörmət edək, dəyərləndirək ki, onlar da bizimlə ünsiyyətdə problem yaşamasınlar.
    Bax, bu yolla biz o körpə fidanlarımızı intiharsız, problemsiz, xoşbəxt bir həyatla mükafatlandırmış olacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR