
Azadmedia.az xəbər verir ki, Kolumbiyada ötən sutka koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb.
Belə ki, aprelin 24-ü Kolumbiyada koronavirusa 16 730 yoluxma və 440 ölüm halı qeydə alınıb.
Məlumata əsasən, son sutka koronavirusdan 18 038 nəfər sağalıb.
Bildirilir ki, hazırkı dövrədək ölkədə koronavirusa 2 757 274 nəfər yoluxub. Yoluxanlardan 2 573 657 nəfəri sağalıb, 70 886 nəfəri isə ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.