Pandemiya ilə böyüyən Kiber təhlükə və Fişinq metodu - Politoloq Ülkər Piriyeva
Rəqəmsallaşmanın həyatımızın hər tərəfinə yayıldığı pandemiya prosesi dövründə kiber casusluq fəaliyyətlərində əhəmiyyətli bir artım olmuşdur. Aydındır ki, dövlətlər, beynəlxalq qurumlar və texnologiya nəhəngi şirkətləri, bu artan təhlükəyə qarşı aktiv addımlar atmasa, ciddi risklərlə qarşılaşacaqlar.
Xüsusilə də, internetin demilitarizasiyası və ticariləşdirilməsindən sonra bu yeni texnoloji imkan gündəlik həyatımızın hər tərəfində böyük əhəmiyyət qazandı. Bu çərçivədə, kəşfiyyat fəaliyyətləri texnoloji inkişaflar sayəsində daha da inkişaf etmiş hala gəldi. Nəzərə alsaq ki, internet texnologiyaları həm dövlətlərin, həm də sadə insanların gündəlik fəaliyyətlərində çox vacib bir rol oynamağa başladı. Bu proses, əlbəttə ki, bəzi dövlətlərin klassik casusluq fəaliyyətlərində internet əsaslı texnologiyalardan istifadə planları hazırlamasına səbəb oldu.
Təhlükə aktyorları qlobal çaxnaşma mühitindən çox yaxşı qidalanır
Bu rəqəmsallaşma prosesi, təxminən iki ildir həyatımızı ələ keçirən yeni növ koronavirus məhz Covid-19 pandemiyası ilə dünya yeni bir ölçüyə keçid aldı, bir çox şirkət işçilərini evdə işləməyə təşviq etməyə başladı. Təhsil və təlim fəaliyyətləri və hər cür akademik iş artıq uzaqdan video konfranslarla həyata keçirilir. Qlobal aləmdə iqtisadi fəaliyyətlər elektron ticarət tərəfindən formalaşır. Beləliklə, rəqəmsallaşma bütün dünyanı təsir altına aldı və həyatımızı yeni normalara görə formalaşdırdı.
Elə pandemiya dövründən bəri, kiber təhdid aktyorları artmaqda davam edir.
Belə ki, Şimali Koreya kimi bəzi dövlətlər tərəfindən birbaşa əlaqəli olduğu iddia edilən bəzi kiber hücumların daha çox rəqəmsal pul oğurluğu və maliyyə təşkilatlarından qazanc olaraq planlandığı iddia edilir.
Kiber hücumlar ümumiyyətlə hədəfə yönəldilir və Fişinq adlanan kiber hücum metodu ilə həyata keçirilir - Kiber təcavüzkarın Covid-19 ilə əlaqədar xüsusi olaraq hazırladığı fişinq e-poçtu rəsmi bir qurumdan və ya həqiqi bir e-poçt olaraq qəbul edilir. Göndərilən e-poçt tıklandığı zaman hədəf alınan insanların kompüterlərindəki bütün məlumatlar təcavüzkarlar tərəfindən tutulur. Əlbəttə ki, hədəf alınan şəxs əgər, strateji baxımdan əhəmiyyətli bir qurumda işləyirsə, vəzifəsi daxilində kompüterindəki bütün vacib məlumatlar da kiber təcavüzkar tərəfindən oğurlanır.
Ancaq digər tərəfdən, sadə şəxslər kiber cəsusluq əməliyyatlarının və mənfi təsirlərinin gündəlik həyatları ilə heç bir əlaqəsi olmadığını düşünürlər. Elə bu da səhv düşüncə tərzidir. Kiçik bir xatırlatma - Kiber təhlükə telefonunuzla aranızda olan məsafə qədər yaxınızdadır.
ABŞ mütəxəssisləri Çinin mövcud iqtisadi və texnoloji inkişaf səviyyəsinə, kiber casusluq əməliyyatları çərçivəsində oğurlanan ticari və texnoloji sirlərin müvəffəqiyyətlə ötürülməsi yolu ilə nail olunduğunu və xüsusilə də, pandemiya dövründə bu prosesin daha da artdığını iddia edirlər.
Hətta bununlada bitmir. Məsələn Rus və Çin hakerlərinin, BioNTech tərəfindən hazırlanan koronavirus peyvəndi haqqında məlumat almaq üçün 2021-ci ilin mart ayında Avropa Dərman Agentliyi - EMA və BioNTech-ə kiber casusluq hücumu həyata keçirdiyi ortaya çıxdı. Çinlilərin EMA məlumatlarının bir hissəsini bir Alman universitetindən oğurlamağı bacardıqları da iddia edildi.
Başqa bir kiber hücum - 2021-ci ilin mart ayında ABŞ-ın texnologiya nəhənglərindən biri olan Microsoft-un rabitə sistemindəki təhlükəsizlik boşluğu səbəbi ilə 30 min Amerika şirkətinə məxsus məlumatların oğurlandığı belə məlum oldu.
Qeyd edək ki, 2020-ci ilin iyul ayında da İngiltərə və Kanada Rusiyanı kiber casusluq əməliyyatları ilə Covid-19 tədqiqatlarını hədəf almaqda günahlandırdırmışdı.
Təəssüf ki, rəqəmsallaşmanın həyatımızın hər tərəfinə yayıldığı pandemiya prosesi zamanı kiber casusluq fəaliyyətlərində ciddi bir artım müşahidə olunmaqdadır.
Məhz Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz Qarabağ döyüşlərində hərb sahəsində şərəfli zəfər qazandı. Bizi müasir dövrdə Qalib xalqa çevirdi!
Ancaq düşmən istər siyasi və istərsə də hərb sahəsində məğlub olsa da informasiya məkanında hücumlarını dayandırmırdı və görünür uzun müddət də dayanmayacaq. Onu da qeyd edək ki, informasiya məkanımıza təkcə düşmən Ermənistan tərəfindən deyil, digər ölkələrin hakerləri tərəfindən də təhdidlər vardı.
Elə ordumuzun bu şanlı qələbəsindən fərəhlənərək informasiya məkanımızda da öz müdafiəmizi kifayət qədər yaxşı qurmalıyıq. İnformasiya məkanımıza olan hücumlardan ən yaxşı qorunmağın əsas vasitələrindən biri də, bu sahədə maariflənməni gücləndirməkdir.
Politoloq Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.