AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOSİAL MEDİADA DÖVLƏTİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINDA HƏR BİR VƏTƏNDAŞININ ROLU VACİBDİR

  • + A
  • - A
  • 21-09-2020, 10:25

    İCTİMAİ RƏYİN FORMALAŞMASINDA “SOSİAL MEDİA”NIN ROLU VƏ MÜMKÜN RİSKLƏR

    Sosial Media fərdlərə sosial həyatdan və dövlət idarəçiliyindəki iştirakdan təhsilə və ticarətə qədər bir çox sahədə fərqli imkanlar təqdim etsə də- Fərdlər, cəmiyyət, ictimai asayiş və dövlət üçün vacib təhdidləri də hər zaman özündə ehtiva edir.

    Texnoloji inkişaflar və bu inkişafların təqdim etdiyi ünsiyyət imkanları, fərdlərin ətraf mühitini qəbul etmək və tənqid etmək gücünü artırdı. Belə ki, yeni media olaraq adlandırılan bu rabitə vasitələri, fərdlərin kompüter və digər oxşar mobil cihazlardan ünsiyyət üçün internet üzərindən interaktiv şəkildə istifadə etməsinə yol açdı. Başqa sözlə, yeni media, internetin interaktiv rabitə gücünü təsvir etmək və bu gücdən istifadə etmək üçün istifadə olunan mücərrəd anlayışa çevrildi. Artıq bu vasitə ilə, fərdin mühitində baş verən sosial, mədəni, iqtisadi və inzibati inkişaflar sosial media vasitələri ilə sürətlə yayılır və insanların bu məzmunu müzakirə etməsi mümkün oldu.

    Qeyd edim ki, bu yolla məlumatları asanlıqla əldə edilə bilən və paylaşılan, fərdlərə bir müzakirə mühiti yaratmaq və əldə etdikləri və ya ötürdükləri məlumatlarla bağlı qruplar yaratmaq imkanı verən sosial media digər fərdlərin mövzu ilə bağlı düşüncələrini dərhal izləmələrinə və bunlarda iştirak etməyə imkan verməsi kimi xüsusiyyətləri, “İCTİMAİ rəyin formalaşmasında və SİYASİ sahədə” rolunu danılmaz dərəcədə gücləndirdi.

    “SOSİAL MEDİA” TƏHLÜKƏ QAYNAĞI OLARAQ..

    Sosial Mediada təhlükələrdən ən başlıcası, fəaliyyətlərin sosial mühəndis hücumları ilə bir ölkənin idarəetməsinə təsir göstərməsinə və ya dəyişdirməsinə imkan vermələridir.
    Digər tərəfdən, sosial media təxribata, dezinformasiyaya və məlumat çirkliliyinə səbəb olma potensialı yüksək olan bir mühitdir.
    Əlavə olaraq, bu mühitin təbiətinə görə asılılıq, ailə problemləri, təhlükəli məlumat paylaşımı və manipulyasiyaları, iqtisadi itkilər, mövcud sirlərin açılması və məxfiliyin itirilməsi kimi bir çox riski var.

    “SOSİAL MEDİA”DA MÜMKÜN RİSKLƏRİN QARŞISI NECƏ ALINA BİLƏR?

    Sosial şəbəkənin fərdi və ya korporativ təhdidlərini azalda bilmək üçün, alınması lazım olan tədbirlər sırasında, sosial mühitdə fərdi məlumatların qorunması üçün istifadəçilərin informasiya təhlükəsizliyində maarifləndirilmənin artırılması, qorunmaya əsaslanan sosial şəbəkə modellərinin inkişafı, sosial şəbəkə paylaşımlarında tətbiqetmə standartlarının təhlükəsizliyinin artırılması sayıla bilər.
    Dövlət qurumları və dövlət məmurlarının dövlət sirri kimi məlumatları qorumaq üçün bu sahədəki məlumatlarını artırması da böyük əhəmiyyət kəsb edir.

    “SOSİAL MEDİA”NIN AİLƏ MÜNASİBƏTLƏRİNƏ MÜSBƏT VƏ MƏNFİ TƏSİRİ ..

    Nəzərə almaq lazımdır ki, Sosial medianın cəmiyyətin hər təbəqəsinə təsiri olduğu kimi cəmiyyətin təməl daşı olan ailə içində də, bir çox təsirlərə səbəb olduğu müşahidə edilməkdədir.

    Ən önəmlisi, sosial dəyişiklik nəsillər arasındakı uçurumu daha da artırmaqla bərabər, nəsillər arası qarşıdurmadan irəli gələn sənaye və müasir texnologiya çağında başqa sözlə desək, İSTEHLAK dövrünün bir məhsulu olaraq ortaya çıxdı.
    Fərqli şəkildə olan vərdiş və təcrübələr yaşayan iki nəsil arasında ortaya çıxan bu uçurumlarla bir-birinə yadlaşmaya, bir-birinə olan güzəştlərin azalmasına, eyni zamanda qarşılıqlı anlayışa mənfi təsir edən amillərə gətirib çıxardı.
    Lakin son dövrlərdə valideynlər ilə uşaqlar arasındakı əlaqələrin yönündə ciddi fəqlilik ortaya çıxmaqdadır. Əksəriyyət indiki texnoloji şərtlərə öyrəşməkdə ciddi problemlər ilə qarşılaşır və bunu gənc nəsil üçün təhlükə olaraq görür.
    Lakin bəziləri isə gənc nəslə uyğunlaşmaya və bu ciddi dəyişikliyə hər hansı bir şəkildə yiyələnməyi bacardılar və beləliklə, övladlarının sosial çevrəsini tanımaq şansını əldə etmiş oldular. Deməli hər iki halda kimisi nəyisə qazandı, kimisi isə nəyisə itirmiş oldu. Amma şərait elə gətirdi ki, dəyişikliyə uyğunlaşmadığın təqdirdə də, sən o dəyişikliyin içində qeyb olmuş oldun.

    “SOSİAL MEDİA”NIN FƏRD-DÖVLƏT MÜNASİBƏTLƏRİNDƏ ROLU

    Beləliklə, informasiya texnologiyalarının təklif etdiyi imkanlar fərd-dövlət münasibətlərini yeni bir kontekstə gətirdi və şəxsiyyətin mövqeyini və rolunu kökündən dəyişdirdi. Bu gün bir vətəndaş olsun, olmasın hər bir insan bir-biri ilə sərhədsiz, sərbəst və eyni vaxtda ünsiyyət qura bilir. Bu da öz növbəsində, dövlətlərin ən azından informasiya və rabitə ilə bağlı nəzarəti müəyyən mənada itirmələrinə səbəb olur. Bundan əlavə, sosial media dezinformasiya yolu ilə kütlələrin səfərbər olunmasına və qanunsuz təşkilatlar tərəfindən nəzarətə götürülməsinə səbəb ola bilir. Belə halda, kütlələri aldatmaq, səhv yola yönləndirmək ilə ictimai asayişi pozmaq kimi mənfi nəticələrə gətirib çıxarır. Təbii olaraq, bu cür risklər rabitə və informasiya texnologiyaları, sosial media və şəbəkələr üçün kifayət qədər texniki, hüquqi və inzibati infrastrukturun olmadığı ölkələr üçün daha böyükdür. Hər bir halda, təhlükəli məlumat mübadiləsi və manipulyasiya üçün sosial medianın istifadəsi ölkə daxilindəki fərdlər və qruplar tərəfindən və ya xaricdən gələn fərdlər, qruplar və ya kəşfiyyat vahidləri tərəfindən ola bilər. Xüsusilə, soyuq müharibə dövrünü araşdırdığımızda belə hadisələrin tez-tez baş verdiyini görürük. Elə, tarixdən “Ərəb Baharı” nümunəsində də göründüyü kimi həm iqtisadi, həm də insani cəhətdən hərtərəfli bir müharibə və ya silahlı mübarizənin ağır itkilərə səbəb olacağını bilən dövlətlər və təşkilatlar bu cür müdaxilə yerinə fərqli qrupları və insanları bir-birinə qarşı qoymaq, xalq üsyanlarını dəstəkləmək və təhrik etmək taktikasından istifadə etməyi üstün tutdular. Çünki soyuq müharibə dövründə müharibə və birbaşa müdaxilə əvəzinə istifadə edilən belə taktikalar, düşmən dirəklərinin bir-birinə tətbiq etdiyi ən sadə və ucuz yol kimi görünür. Bununla yanaşı, əllərinə aldıqları mətbuatdan istifadə edərək saxta xəbərlər yayaraq xalq arasında yayılacaq təxribat yaratmaq naminə hər cür vasitələrə əl ataraq şayiələr də yayırlar bu yolla. Elə bu baxımdan, hər bir vətəndaş vətəninə sədaqət borcunu diqqətə almalıdır hər zaman..

    “SOSİAL MEDİA”DA DÜZGÜN STRATEGİYA

    Fərdlərin və qurumların qısa, orta və uzunmüddətli strategiyalarını təyin etmələri və bu mühitlərdən uyğun olaraq istifadə etmələri və ya təhdid və təhlükələri nəzərə alaraqdan- məlumatlarını bu şəkildə paylaşmaları vacibdir.
    Eyni zamanda, sosial mühitdə istifadə etdikləri məlumatları və istifadə edəcəkləri məlumatları nəzərdən keçirdikdən sonra bu mühitdə paylaşmalarının daha faydalı olacağı mövzu barədə məlumatı olmayan təşkilatların isə bu mövzuda məsləhət almalarının daha faydalı olacağını bilmələri vacib nüanslardan biridir.

    Xülasə olaraq, sosial mediada yarana biləcək riskləri azaltmaq üçün qanuni tənzimləmələrdəki çatışmazlıqların aradan qaldırılması, uşaqların, gənclərin və ümumiyyətlə cəmiyyətin məlumatlılığını artıraraq sosial media savadlılığının inkişaf etdirilməsi, infrastrukturun gücləndirilməsi, KİBER hücumların və informasiya çirklənməsinin qarşısını almaq üçün ixtisaslı kadrların yetişdirilməsi böyük əhəmiyyət daşıyır..

    ÜLKƏR PİRİYEVA - POLİTOLOQ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR