Əsasən futbol mövzusundakı karikaturaları ilə tanınan Omar Momani AVRO-2020 çərçivəsində Türkiyə seçməsinin Bakıda keçirəcəyi oyunlarla bağlı karikatura çəkib.
İordaniyalı sənət xadimi öz əl işini “Instagram” hesabında paylaşıb.
“Qardaşlar Türkiyəni evindəki kimi hiss etdirəcəklərmi?”, - deyə o, qeyd edib.
Xatırladaq ki, AVRO-2020-nin A qrupunun Türkiyə-Uels və İsveçrə-Türkiyə matçları iyunun 17 və 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.