“Biz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsinin şahidi olduq. Sözsüz ki, müşahidə etdiyimiz mənzərə XXI əsrin, bütövlükdə isə bəşəri dəyərlərlə üst-üstə düşmür”.
Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib: “Bu layihə imkan verir ki, biz mövcud vəziyyəti gözümüzün qarşısına gətirək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.