AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşıqla bağlı qərar əhaliyə aid deyil - Tarif Şurası

  • + A
  • - A
  • 30-06-2021, 19:15


    Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının elektrik enerjisi üzrə qərarına dair izahedici şərh verib.

    Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

    Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR