AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO

  • + A
  • - A
  • 21-09-2021, 08:38


    Koronavirusa qarşı birinci dozanı vurduran taksi sürücüləri gələn ayın əvvəlinədək ikinci dozanı da vurdurmalıdır. İkinci dozanı vurdurmayan sürücülərə qarşı polis əməkdaşları tərəfindən yoxlamalar həyata keçiriləcək. Belə hallar aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək. Daxili İşlər Nazirliyi bununla bağlı sürücülərə xəbərdarlıq edib.

    Oktyabrın 1-dən taksi sürücülərindən də ikinci doza peyvənd olunmasına dair COVID 19 pasportu tələb olunacaq.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbəs rəisi Elşad Hacıyev XəzərXəbər-ə bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq qaydada koronavirusa qarşı peyvəndin 2-ci dozasını da qəbul etməlidirlər. Onun sözlərinə görə sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma xidməti göstərə bilərlər.

    Taksilərdən kütləvi şəkildə istifadə olunması sürücülərin və sərnişinlərin virusa yoluxma riskini artırır. Sürücülər deyir ki özlərini və sərnişinləri qorumağın ən effektiv yolu peyvənd olunmaqdır.

    Elşad Hacıyev qeyd etdi ki, 2-ci doza vaksini vurdurmayıb taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.

    Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR