AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyanın Ştern nəşri: Üçtərəfli Bəyanat ermənilər üçün milli həqarətə çevrildi

  • + A
  • - A
  • 28-09-2021, 19:51

    Almaniyanın “Ştern” nəşrində Azərbaycan xalqının işğal altında olan ərazilərinin azad edilməsi uğrunda Vətən müharibəsinin başlanmasının birinci ildönümü barədə məqalə dərc olunub.
    Almaniyanın Ştern nəşri: Üçtərəfli Bəyanat ermənilər üçün milli həqarətə çevrildi
    Azadmedia.az Axar.az-a istinadən xəbər verir ki, “Ermənistanda və Azərbaycanda Qarabağ münaqişəsinin qurbanları yad edilir” sərlövhəli məqalədə Cənubi Qafqazın hər iki ölkəsində dünən bir dəqiqəlik sükut və anma mərasimlərinin keçirildiyi qeyd olunur.

    “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatlar gətirən alman nəşri Azərbaycan liderinin ciddi xəbərdarlığını da diqqətə çatdırır:

    “Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik”.

    Məqalədə həlak olan yoldaşlarının portretlərini əllərində tutan minlərlə əsgərin Bakı küçələrində yürüşü barədə də xəbər verilir.

    Nəşr vurğulayır ki, ermənilərin çoxu müharibənin nəticələrini milli həqarət kimi qəbul edirlər. Onlar bunun günahını hər şeydən əvvəl hökumət başçısı Nikol Paşinyanda görürlər.

    “Ştern” nəşri yazır:

    “Gərginlik yüksək olaraq qalmaqdadır. Sərhəd boyunca qarşıdurmalar davam edir, bu da münaqişənin yenidən başlaması təhlükəsini gücləndirir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR