AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vilayət Eyvazovdan arvadını güllələyən polislə bağlı ƏMR

  • + A
  • - A
  • 1-10-2021, 14:15


    Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib.

    İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

    Qeyd edək ki, İsmayıl Məmmədov 24-cü Polis Şöbəsinə ondan şikayətə gələn arvadı, 26 yaşlı Xanım Məmmədovanı tabel silahı ilə güllələyərək öldürüb.(lent.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR