İrəvan İranla yaxın zamanlarda Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması haqqında razılaşma imzalayacağına ümid edir.
Azadmedia.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Kifayət qədər dinamik proses gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə ilə bağlı razılaşma imzalayacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, İran Zəngəzur dəhlizinə alternativ olaraq “Qafqaz dəhlizi” adlandırdığı bu layihəni gerçəkləşdirməyə çalışır.