AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

  • + A
  • - A
  • 18-01-2022, 10:04

    Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

    Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

    AzadMedia.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR