
"Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri "Bayraktar" PUA-sından istifadə edir".
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Rudnya (Belarus) - Vystupoviçi (Ukrayna) istiqamətində düşmən iki tank, zirehli transportyor və texnikanın qüvvəsi ilə dövlət sərhədini keçməyə cəhd edib.
Döyüş nəticəsində düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib.
Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb.
Vışqorod səmasında KA-52 helikopteri vurulub.
Geniçesk, Skadovsk, Çaplinka şəhərləri yaxınlığında döyüşlər gedir. Birlikdə qazanacağıq!", - məlumatda qeyd olunub.
report