AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Əsədovdan tibb işçiləri ilə bağlı QƏRAR

  • + A
  • - A
  • 9-03-2022, 22:00

    Əli Əsədovdan tibb işçiləri ilə bağlı QƏRAR


    Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavə martın 1-dək uzadılıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti martın 1-dək uzadılıb.

    Bundan əvvəlki qərarda bu müddət yanvarın 1-dək müəyyənləşdirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR