Masallı rayon Heydər Əliyev Mərkəzində “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün 104-cü ildönümünü ilə əlaqədar tədbir keçirilib - FOTO
31.03.2022-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün 104-cü ildönümünü ilə əlaqədar növbəti tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyin gənc könüllüləri iştirak ediblər.
Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“31 mart - Azərbaycanlıların Soyqırım Günüdür” mövzusunda mühazirə ilə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə son bir əsrdə ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, “Böyük Ermənistan” yaratmaq xülyası ilə həyata keçirdikləri soyqırımlarından, eləcə də bu faciələrin davamı olaraq 1988-ci ildən davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törətdikləri qanlı hadisələrdən danışıb. Çıxışını sual-cavab formatında davam etdirən G. Vəkilzadə bütün bu erməni soyqırımlarının qisasını Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə cəmi 44 günə Azərbaycan Ordusunun aldığını qeyd edib.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR