AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib

  • + A
  • - A
  • 7-04-2022, 15:30

    ADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib

    Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında reallaşdırılan ikili diplom proqramı çərçivəsində ADAU-ya gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramının gənclər üçün mühüm əhəmiyyətə malik olduğunu və onların gələcəkdə birgə həyata keçiriləcək tədqiqat işlərinə daha geniş imkanlar yaratdığını diqqətə çatdırıb. Rektor deyib ki, bu proqram kadr hazırlığı ilə yanaşı dövlətlərarası əlaqələrin inkişafına da böyük töhfələr verəcək.

    Sonda görüş iştirakçıları ADAU-nun Tədris-təcrübə təsərrüfatı ilə tanış olub. Bildirilib ki, 80 hektar ərazini əhatə edən təsərrüfatda müasir heyvandarlıq kompleksi, ət-kəsim məntəqəsi və laboratoriyası, soyuducu anbar, əkin sahələri, üzüm və intensiv meyvə bağları, həmçinin iri və xırdabuynuzlu mal-qara və s. tələbələrin praktiki biliklərə mükəmməl yiyələnməsi üçün onların ixtiyarına verilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR