AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Adil Kərimli Gəncədə vətəndaşlarla görüşüb, Gəncə və Göygöldə yerləşən bir sıra tarixi abidələrə baş çəkib - FOTOLAR

  • + A
  • - A
  • 12-06-2023, 19:59

    Nazir Adil Kərimli Gəncədə vətəndaşlarla görüşüb, Gəncə və Göygöldə yerləşən bir sıra tarixi abidələrə baş çəkib -


    Bakı, 12 iyun — Azadmedia.az


    Nazir öncə Gəncə şəhərinin Cavadxan küçəsində yerləşən tarixi abidələrə, o cümlədən memarlıq abidələri kimi dövlət mühafizəsində olan yaşayış evlərinə baxıb. Abidələrin mühafizəsinin gücləndirilməsi, tarixi tikililərin bədii-estetik görkəmini korlayan reklam lövhələrinin, məişət qurğularının aradan qaldırılması, təmir-bərpa işləri zamanı qanunvericiliyin tələblərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.

    Gəncə Dövlət Dram Teatrının keçmiş binası, Gəncə Dövlət Kukla Teatrının binası və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya şöhrətli Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə də baxış keçirilib.

    Daha sonra Göygöl rayonuna gələn nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub. Məlumat verilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Viktor Klaynın evi muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib.

    1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir.

    Nazir mehmanxana binası, inzibati bina və yeni aşkar edilmiş katakomba adlanan yeraltı qurğularla (zirzəmi) tanış olub. Katakombaların turizm əhəmiyyəti, təmir-bərpa edilərək istifadəsi istiqamətində fikir mübadiləsi aparılıb.

    Tarixi abidələrə baxış zamanı mədəni irsin mühafizəsinin günün tələbləri səviyyəsində qurulması, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya icarəsində olan abidlərdən istifadə zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR