Azərbaycanla sərhəd delimitasiya olunmadığından müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq ki, vəziyyət nəzarətdə qalsın.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Respublika İctimai Televiziyasının efirində deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır, onlarla iş aparılır.
Paşinyan bəyan edib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsaslar yaradacaq formul təqdim etməkdir:
"İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti, o cümlədən cari prosesin təcrübəsi dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd yaradılması komissiyasının üzvləri hansı ərazilərdə işi davam etdirmək və hərəkətləri əlaqələndirmək üçün bir araya gələcəklər”, - Paşinyan qeyd edib.
Paşinyan onu da bildirib ki, Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək.
“Bu gün biz sərhədin bərpası üçün lazımi paketi formalaşdırırıq və bu paket 2022-ci il oktyabrın 6-da Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı razılaşma əldə etmişik. Almatı Bəyannaməsinin əsas delimitasiyası prosesi olacağı barədə razılığa gəldik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.