AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya-Azərbaycan əlaqələrinin inkişafı Cənubi Qafqazın inkişafı və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir

  • + A
  • - A
  • 1-05-2024, 18:30

    Almaniya-Azərbaycan əlaqələrinin inkişafı Cənubi Qafqazın inkişafı və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir

    İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri professor, AMEA-nın müxbir üzvü


    Bugün ölkəmizin dünya birliyindəki nüfuzu sürətlə yüksəlir. İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazanılan tarixi zəfərimizdən və 2023-cü ildə Rəşadətli ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Bununla belə, Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağı tərk etməsi, Qazaxın 4 kəndinin bir güllə atılmadan işğaldan azad olunması Azərbaycanın dünya birliyindəki gücünü bir daha nümayiş etdirib. Bütün bunlarla yola çıxarsaq Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərindəki çıxışları böyük maraqla qarşılanır. Həmçinin cənab Prezidentin bu günlərdə reallaşan Almaniyaya işgüzar səfəri və bu ölkənin  paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində  iştirakı, eyni zamanda tədbirdəki çıxışı beynəlxalq aləmdə sözsüz ki, diqqətlə izlənilib.

    Qeyd edim ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Hətda ölkəmizin Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır.
    İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla bərabər, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Daha geniş miqyasda vurğulasaq, əldə olunan nəticələr onu deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.. Bir sözlə, Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır..


    COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrikstansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Bu gün Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Strateji əhəmiyyət kəsb edən əsas amil də ondan ibarətdir ki, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır. 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyard kubmetrə çatıb.

    Bundan əlavə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. İki ölkənin də xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşdülər. Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur. Həmçinin Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR