AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Film kimi FACİƏ - Təhsilsiz estetik-həkim qohumunu öldürdü

  • + A
  • - A
  • 1-05-2024, 22:24

    Film kimi FACİƏ - Təhsilsiz estetik-həkim qohumunu öldürdü

    Bakıda ali tibb təhsili olmayan kosmetoloq öz eltisini liposaksiya edib, ölümünə bais olub. 40 yaşlı xanımın biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.
    15 aprel tarixində 28.01.1984 təvəllüdlü Səbirə Vəliyeva Fərhad qızı Şərifzadə küçəsi 196 ünvanında yerləşən AzEl Estetik Mərkəzdə kosmetoloji xidmətlər göstərən qaynı arvadı Ülviyyə İlyasova Mahir qızına liposaksiya etdirib. Əməliyyatdan sonra onun vəziyyəti pisləşib və 16-a keçən gecə vəfat edib.
    Mərhumun anası Vəliyeva Saranın sözlərinə görə, qızının vəziyyəti pisləşdikdə liposaksiyanı həyata keçirən Ü.İlyasova nə təcili tibbi yardım xidmətinə müraciət edib, nə də bir xəstəxanaya. Özünü Dr.kosmetoloq kimi reklam edən Ülviyyə İlyasova can üstə olan xəstənin doğmalarına belə xəbər etmədən onu döşək ağına büküb, avtomobilinə qoyaraq öz evinə aparıb. Ananın sözlərinə görə, Ülviyyə avtomobilin içində qızı xırıldayan zaman videoya çəkib, Səbirənin ərinə, yəni öz qaynına atıb. Kürəkəni sözügedən videonu votsap vasitəsilə qayınanası da atıb. Amma qısa müddətdən sonra video göndərilən tərəfdən ikitərəfli silindiyindən hazırda anada yoxdur.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR