AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO

  • + A
  • - A
  • 2-05-2024, 07:33

    Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO

    Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb.

    Buna səbəb isə, kirayəçi Həsən Qurbanovun 13 ildir yaşadığı bu evin ona aid olmasını iddia etməsidir.

    Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqdan imtina edir.

    “Həsən Qurbanov 13 ildir mənim evimdə kirayədə qalır, 13 ildə hər zaman kirayə pulunu vaxtlı-vaxtında verib. Mən bu ilin yanvar ayında onlara oğlumu evləndirəcəyim üçün evi satmaq istədiyimi dedim və evdən çıxmalarını istədim. Elə həmin gündən də bizim davamız başlayıb. Həsən Qurbanovun əlində heç bir sənəd olmadığı halda evimin ona aid olduğunu iddia edir və evimdən çıxmır”, - deyə ev sahibi qeyd edib.

    Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev sonda belə bir problem yaşanmaması üçün evlərin müqavilə əsasında kirayə verilməli olduğunu deyib.

    Daha ətraflı Real TV-nin süjetində:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR