Masallıda şəhid ailələrinə evlər tikilir - FOTOLAR
Bakı, 6 iyul — Azadmedia.azRayonda şəhid ailələrinə evlər tikilir
Masallı rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədovun təşəbbüsü, xeyriyyəçilər və iş adamlarının dəstəyi ilə rayon ərazisində I Qarabağ müharibəsi şəhidlərinin ailələri üçün fərdi yaşayış evləri tikilir.

Belə ki, Tüklə kəndində şəhid Xəlilov Zəfər Asəf oğlunun ailəsi üçün 1 mərtəbəli kürsülü, Rüdəkənar kəndində şəhid Qurbanov Arzuman Mirzəli oğlunun ailəsi üçün 1 mərtəbəli kürsülü və Köçəkli kəndində şəhid Yaqubov Ceyhun Sabir oğlunun ailəsi üçün 1 mərtəbəli kürsülü fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR