Qoç - işdə rəhbərliklə münasibətlərdə problemlər ola bilər. Hətta iş yerini dəyişməklə bağlı fikirlər yaranması istisna deyil. Qəbul etdiyiniz qərardan asılı olmayarq tələsik davranmayın, düşünülməmiş addımlar atmayın. Kiçik gəlirlər olacaq. Bədxərclik etməyin.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Sevdiyiniz insan sizə qayğı göstərəcək, dəstəkləyəcək.
Axşam saatlarında səhhətinizə fikir verin.
Buğa - müttəfiq və ya həmfikirlərlə birlikdə gördüyünüz işlərdə uğur əldə edə bilərsiniz. Problemlərin həllinə qeyri-standart yanaşın. Belədə qarşınıza qoyduğunuz məqsədlərə daha tez çata bilərsiniz.
Peşəkar fəaliyyət müstəvisindəki nailiyyətləri sizdə çoxdan bəri rəğbət yaradan insanlardan maraqlı təkliflər ala bilərsiniz.
Axşam saatları dostlar və qohumlarla ünsiyyət üçün əlverişlidir. Ailəvi tədbir pozitiv emosiyalar bəxş edəcək. Romantik görüşlər pis keçməyəcək.
Əhvalınızdan şikayətlənməyə səbəb yoxdur.
Əkizlər - işdə kiçik problemlər yaransa da, gün pis deyil. Tələsik qərarlar qəbul etməyin, sonradan təəssüf hissi yaradacaq addımlar atmayın. Yanlış qərarların fəsadları çox ağır ola bilər.
İşdə həmkarlarla mübahisələr zamanı soyuqqanlı və təmkinli olun. Şəxsi münasibətlərdə peşəkar məsələləri qarışdırmayın.
Şəxsi münasibətlərdə köklü dəyişikliklər istsina deyil. Axşam saatları görüşlər və təmaslar üçün əlverişlidir. Ünsiyyət qurmaq istədiyiniz insanla aktiv danışın. Köhnə dostların qəfil vizitləri və xoş sürprizləri istisna deyil.
Xərçəng - münasib, yaxşı gündür. Problemlərin sayı artsa da, onların arasında maraqlı işlər var. Bu çətinliklərin həlli qarşınızda yeni perspektivlər yaradır. İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə dəyişikliklər, irəliləyişlər ola bilər.
Gəlirlər kiçik olsa da, məbləği vaxtında əldə edəcəksiniz.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından münasib deyil. Sevdiyiniz adama qayğı ilə yanaşın, onun tələblərini qulaqardına vurmayın. Axşam saatlarında aktiv istirahəti seçin. Gəzinti əhvalınıza və səhhətinizə xoş təsir edə bilər.
Şir - ətrafınızda vurnuxma və tələskənlik olsa belə, səbrli davranın, təmkinli olun. Maliyyə məsələləri ilə bağlı istənilən qərarları yaxşı düşünəndən sonra qəbul edin. Görüləcək işin mənfi və müsbət tərəflərini real dəyərləndirin. Əhəmiyyətli maliyyə itkisi riski var.
İndiyədək sizə çox yaxşılıqlar etmiş insanla münasibətləri gərməyin.
Ailədə münasibətlər rəvan, harmonik olmalıdır. Yaxınlarınızla dil tapmağa çalışın. Sevdiyiniz insanı tez anlayın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Qüvvə və enerjiniz çoxdur. Yorğunluq hiss etməyəcəksiniz.
Qız - işdə həddən ziyadə diqqətli olun. Səhv riski böyükdür. Həmkarlar və rəhbərlik sizin tərəfinizdədir. Çətin situasiyada mütləq şəkildə yardım, dəstək alacaqsınız. Alış-verişdə diqqətli olun. Bədxərclik etməyin.
Dostlarla ünsiyyət, problemlərin müzakirəsi üçün əlverişli zamandır. Romantik təmaslar pis olmayacaq. Sevdiyiniz insanla ünsiyyətdə adi günlərdən fərqli olaraq tənqid və iradların sayını artırmayın. Kiçik səfərlər üçün əlverişli zamandır.
Ətraflı
Tərəzi - xoşagəlməz hadisələrin sayı azalmasa da, gün o qədər uğursuz deyil. Diqqəti əsas işlərə yönəldin. İkinci dərəcəli məsələləri təxirə salmaq və ya ertələmək olar. Maliyyə məsələlərinə görə mübahisələr istisna deyil. Uzunmüddətli anlaşmalar və ya müqavilələr üçün yaxşı gün deyil.
Emosional fon stabildir. Baş verənlərə rəğmən əhvalınızı pozmayın. Yaxınlarınızdan biri ilə bağlı önəmli informasiya, mühüm məlumatın alınması istisna deyil.
Dəvət aldığınız tədbirə qatılın. Gün yeni tanışlıqlar vəd edir.
Əqrəb - yeni işlərə və layihələrə başlamaq üçün pis gün deyil. Əməkdaşlıq miqyasını artırmaq olar. Liderlik məziyyətlərinizi nümayiş etdirin, yeni müttəfiqlər tapın. Əvvəllər yaratdığınız işgüzar münasibətləri bərpa etmək olar. Tərəfdaşlıqla bağlı yeni təkliflər alacaqsınız.
Səbrli olun, başqasının nöqsanlarına və zəifliklərinə dözümlü yanaşın. Adi günlərdən fərqli olaraq mübahisə, ixtilaf və münaqişə riski artır. Sevdiyiniz insanla çəkişməyin. Səhhətinizi sınağa çəksəniz, əhvalınız pisləşə bilər.
Oxatan - yeni işlərə başlayarkən ehtiyatlı olun. Onlar düşündüyünüz kimi sadə deyil və yetərincə səy tələb edəcəklər. Müttəfiqlər sizi dəstəkləyəcək. Amma bu dəstək yalnız sözlərdən ibarətdir. Bütün problemləri müstəqil həll etməli olacaqsınız. Yorğunluq hissi yaranacaq. Xroniki ağrılar yenidən aktivləşəcək.
Ailə işləri çox vaxt və əsəb tələb edəcək. Ağır situasiyaya düşmüş yaxınlarınız üçün yeganə dəstək, ümid yerisiniz. Onların müraciətlərini gözləmədən yardım edin.
Oğlaq - böyük xərclər tələb edən gündür. Qəfil itkilər ola bilər. Təxribatlara uymayın. Ünsiyyəti indiyədək yaxşı heç nə verməmiş insanların vədlərinə, sözlərinə inanmayın. Belələrinə aldanmayın.
İşdə münaqişələr istisna deyil. İndiyədək bel bağladığınız insanlar belə, sizi dəstəkləməyəcək.
Günün ikinci yarısında dostlar və yaxınlarınız sizə kömək edəcək. Onlara durumunuzu uzun-uzadı anlatmağa ehtiyac yoxdur. Sevdiyiniz insan yanınızdadır.
Dolça - müsbət təmayüllərin təsiri çox güclüdür. Uğurlu gündür. İşlərinizdə ciddi uğurlara nail olacaqsınız. Ciddi təşəbbüs göstərmədən belə, maraqlı təkliflər ala bilərsiniz. İşdə başqalarının bacarmadığı məsələnin öhdəsindən gələcəksiniz və rəhbərlik də bunu görəcək.
Qeyri-kommersiya layihələrini həyata keçirmək üçün əlverişli zamandır.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Qıvraq və enerjili olun. Bütün günü ayaq üstə qalsanız belə, ifrat yorğunluq hiss etməyəcəksiniz.
Axşam saatlarında sevdiyiniz insanla nə qədər çox vaxt keçirsəniz, münasibətləriniz bir o qədər harmonik olacaq.
Balıqlar - günün ilk yarısında mühüm qərar qəbul etməyin, ağır və çətin problemin həllinə başlamayın. Sizə qarşı münasibəti sizdə azacıq da olsa, şübhə yaradan insanlarla uzun-uzadı söhbətlər aparmayın.
İşdə rəhbərliklə ciddi fikir ayrılığı yarana bilər. Düşünülməmiş açıqlama və ya emosional davranış maliyyə itkilərinə səbəb ola bilər.
Günün ikinci yarısı pis deyil. Köhnə dostlarla görüşdə yaxşı xəbərlər alacaqsınız. Qəfil etiraflar istisna deyil.
Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün pis zaman deyil.
Milli.Az