Türkiyənin müdafiə sənayesində atdığı güclü addımlar Almaniya mətbuatında geniş işıqlandırılıb. Azadmedia.az Trt-yə istinadla xəbər verir ki, “Frankfurter Allgemeine” qəzeti Türkiyənin müdafiə sənayesini gücləndirməsi ilə bağlı analiz-yazı dərc edib.
Andreas Mihmin məqaləsində “Türkiyə müdafiə sənayesi hər zamankindən daha uğurlu olub” deyə bir çox ölkənin Türkiyədən pilotsuz uçuş aparatları (PUA) istədiyinə diqqət çəkib: “Türkiyə PUA-ları texnoloji, hərbi və iqtisadi gücə çevrilib”.
Məqalədə “Bayraktar TB2”lərdən xüsusi bəhs edilib, bu vasitələrin müxtəlif sahələrdə sınaqdan keçirildiyi qeyd olunub.
İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə də diqqət çəkilən yazıda deyilib: "Hər il iyulun sonunda keçirilən sənaye yarmarkasında Türkiyə nələrə qadir olduğunu göstərir, ordunun ehtiyacı olan hər şeyi nümayiş etdirir".
Məqalədə 2023-cü ildə İstanbul Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 800-ü xaricdən olmaqla 1500 şirkətin iştirak etdiyindən bəhs olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.