AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gənclərin media savadlılığının artırılması” layihəsi başlayır

  • + A
  • - A
  • 17-08-2023, 11:55

    “Gənclərin media savadlılığının artırılması” layihəsi başlayır


    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin media savadlılığının artırılması” layihəsinə start verilir.

    Bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Beş gün müddətində düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar üçün ictimaiyyətlə əlaqələr və onun əsas prinsipləri, rəqəmsal marketinq və brendinq, kommunikasiya bacarıqları, sosial media və yeni trendlər, eləcə də digər mövzular üzrə təlim sessiyalarının həyata keçirilməsi planlaşdırılır. Layihə müddətində, həmçinin, bir sıra media nümayəndələri ilə görüş və digər maraqlı tədbirlərin təşkili nəzərdə tutulub.
    Qeyd edək ki, Xaçmaz rayonunda baş tutacaq layihədə ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş 80 nəfər iştirak edəcək. Layihənin əsas məqsədi gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etməkdir.

    “Gənclərin Media Savadlılığının Artırılması” layihəsində iştirak etmək istəyən 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/gnuLQ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR