Azadmedia.az TRT -yə istinadla xəbər verir ki, Rusiyanın “Vaqner” muzdlu şirkətinin qurucusu Yevgeni Priqojinin ölümü dünya mətbuatında maraqla işıqlandırılıb.
Amerikanın “The Wall Street Journal” qəzeti “Vaqner”in başını daşıyan təyyarə qəzaya uğradı, hamısı öldü” başlıqlı məqaləsində Yevgeni Priqojinin hökumətə qarşı uğursuz üsyanını xatırladıb.
“Washington Post” qəzeti Rusiya mətbuatına əsaslanaraq hadisənin təfərrüatlarını və Priqojinin keçmişi ilə bağlı məlumatları paylaşıb.
“The New York Times” qəzeti Yevgeni Priqojinin təyyarədə ölənlər arasında olduğunu yazıb, rəsmi Moskva ilə “Vaqner”in fikir ayrılıqlarına toxunub.
Britaniyanın "The Telegraph" qəzeti hadisəni "Rusiya Priqojinin təyyarə qəzasında öldüyünü deyir, müttəfiqləri Rusiya prezidenti Vladimir Putindən şübhələnir" başlığı ilə verib. Qəzet həmçinin qəzanın Putinin əmri ilə həyata keçirilən sui-qəsd olduğuna inandığını yazıb.
“Sun” qəzeti də hadisədə Rusiya prezidentini günahlandıraraq bunu “Putinin qisası” adlandırıb.
“The Guardian” qəzeti isə ABŞ prezidenti Co Baydenin V.Putinə ünvanlamasına diqqət çəkib. Qəzet bu hadisənin rus elitasına da xəbərdarlıq olduğunu yazıb.
Almaniyanın “Bild” qəzeti “Muzdlu boss öldü” başlığı ilə Yevgeni Priqojinin həyatı və hadisənin təfərrüatlarından bəhs edib.
Fransanın “Le Monde” qəzeti Priqojinin iyun ayında rəsmi Moskvaya qarşı üsyanını və o zaman hökumətin hadisəyə səssiz qaldığını xatırladıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.