Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib.
Keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib./report
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.