Çinin məşhur “Alibaba Group” şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Belə ki, bunu “Alibaba Group”un prezidenti Maykl Evans Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
Həmçinin Evans şirkətin ölkəyə dəqiq nə vaxt investisiya qoymağı planlaşdırdığını açıqlamayıb. Şirkət prezidenti onu da bildirib ki, “Alibaba Group” artıq “Trendyol” vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub.
Qeyd edək ki, Türkiyə mediasında yayılan məlumata görə, sərmayə xüsusilə Ankarada data və logistika mərkəzinin, İstanbul Hava Limanında ixrac əməliyyatları mərkəzinin tikintisinə yönələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.