X sosial şəbəkəsinin bütün istifadəçiləri platformaya giriş üçün pul ödəməli ola bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask bildirib.
Belə ki, Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib ki, saxta hesablarla mübarizə aparmağın yeganə yolu ödəniş sistemidir.
Qeyd edək ki, şirkət məsələ ilə bağlı təfərrüat üçün müraciətlərə cavab verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.