Erməni bloger Natali Aleksanyan Azərbaycan prezidentinə Qarabağ sakinləri üçün təhlükəsiz dəhlizlərin verilməsi ilə bağlı müraciət edib.
Azadmedia.az Caliber.az-a istinadla xəbər verir ki, bloger bu barədə Feysbuk səhifəsində yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevə müraciət!
Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağın günahsız sakinlərinin həyatını mümkün qədər qoruyasınız, uşaqların ölməsi və yaralanmasının qarşısını alasınız. Sizdən xahiş edirəm ki, imkan daxilində onların od-alov içindən çıxarılması və canlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayırasınız. Hörmətlə, Natali Aleksanyan”, - bloger müraciətində bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.