AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da yerləşən şirkət bu məqsədlə türkcə bilən Starlink nümayəndəsi axtarır - MASK

  • + A
  • - A
  • 22-09-2023, 23:17

    ABŞ-da yerləşən şirkət bu məqsədlə türkcə bilən Starlink nümayəndəsi axtarır -



    "SpaceX" şirkəti Türkiyədə Starlink internet xidmətini istifadəyə verməyə hazırlaşır. ABŞ-da yerləşən şirkət bu məqsədlə türkcə bilən Starlink nümayəndəsi axtarır.

    Azadmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, "SpaceX" "müştəri xidmətləri" və "müştəri nümayəndəsi" adlı vəzifələr üçün iş elanları dərc edib.

    Belə ki, Türkiyədə peyk internet infrastrukturunu təmin etmək üçün şirkət türk, həm də ingilis dillərini bilən kadr axtarışına başlayıb. İş elanında əmək haqqı açıqlanıb.

    Həmçinin müvafiq olaraq 10 saatlıq iş üçün gündə 220 və 245 dollar təklif olunur.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskla görüşündə Türkiyənin kosmik proqramının həyata keçirilməsi çərçivəsində "SpaceX" ilə əməkdaşlığın mümkünlüyünü açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR