AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda görüş keçirilib

  • + A
  • - A
  • 27-09-2023, 20:08

    “İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda görüş keçirilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə “İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda görüş keçirilib.

    Görüşdə azad olunan ərazilərə köçürüləcək şəxslərin mərhələli şəkildə demoqrafik, məşğulluq və sosial göstəricilərinin təhlilinin aparıldığı, onlarla fərdi görüşlərin keçirildiyi bildirilib.

    Qeyd edilib ki, təhlillər nəticəsində köçürüləcək şəxslər üçün fərdi məşğulluq proqramları hazırlanır və onların məşğulluq məsələlərin həlli üçün işlərə başlanır. Eyni zamanda işəgötürənlərlə də iş aparılaraq onların işçi qüvvəsinə olan tələbatları öyrənilib.

    Görüşdə mövzu ilə bağlı təkliflər dinlənilib, köçürüləcək şəxslərlə növbəti görüşlərin keçirilməsi qərara alınıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR