AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ukraynada daha bir neçə il döyüşməyə hazırdır - Britaniya kəşfiyyatı

  • + A
  • - A
  • 4-10-2023, 20:34

    Rusiya Ukraynada daha bir neçə il döyüşməyə hazırdır -


    2024-cü ildə Rusiyanın müdafiə xərcləri 68% artaraq, 112 milyard dollara çatacaq.

    Azadmedia.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının nəşr etdiyi son yeniləmə hesabatında bildirilib.

    Belə ki, Britaniya kəşfiyyatının sızan Rusiya maliyyə sənədlərinə istinadən verdiyi məlumata görə, Rusiyanın 2024-cü il müdafiə büdcəsi ölkənin uzunmüddətli müharibəyə hazırlaşdığını və ÜDM-in təxminən 6%-ni müdafiəyə ayıracağını göstərir. Bu, təxminən 68% artıma uyğundur və müdafiə büdcəsinin təxminən 112 milyard dollara yüksələcəyi deməkdir.

    Həmçinin Rusiya Maliyyə Nazirliyindən sızan sənədlər 2024-cü ildə müdafiə xərclərinin təxminən 10,8 trilyon rubla, yəni ÜDM-in təxminən 6%-nə qədər artacağını göstərir.

    Qeyd edək ki, Britaniya kəşfiyyatının məlumatına görə, bu rəqəmlər Rusiyanın Ukraynada ən azı daha bir neçə il döyüşməyə hazır olduğunu göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR