ABŞ ordusu İlon Maskın "Starlink" peyk sisteminin hərbi versiyasının sınaqlarını uğurla həyata keçirdiyini açıqlayıb. Azadmedia.az bildirir ki, “The Defence Post”un məlumatına görə, ABŞ ordusu təhlükəsiz şəbəkə yaratmaq üçün “Starlink”in “Starshield” adlı versiyasını sınaqdan keçirib.
Belə ki, polkovnik Brendon Tiq əsas stansiyada sınaqların aparıldığını və bütün sistemlərin mükəmməl işlədiyini bildirib. Həmçinin önəmli rabitə xətlərinin “düşmənlər” tərəfindən məhv ediləcəyi təqdirdə sistemin rabitə şəbəkəsi kimi istifadə olunacağı bildirilib.
Qeyd edək ki, ABŞ ordusu gələn ay ''Starshield''i Havay ştatında əlavə sınaqdan keçirməyi planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.