AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzər ətrafındakı dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi zəruridir - Lavrov

  • + A
  • - A
  • 30-10-2023, 15:39

    Xəzər ətrafındakı dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi zəruridir -


    Rusiyanın xarici işlər naziri Serqey Lavrov Xəzəryanı komissiyanın yaradılması təklifi ilə çıxış edərək bildirib ki, bu komissiyanın fəaliyyəti regionda sabitliyin və dayanıqlı sülhün qorunmasında mühüm rol oynaya bilər.

    Azadmedia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, S. Lavrov Xəzər “beşliyi”nə daxil olan dövlətlərin (Rusiya, Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan) birgə fəaliyyətinin səmərəli olacağını diqqətə çatdırıb. Lavrov vurğulayıb ki, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması və tam gücü ilə fəaliyyətə başlaması Xəzəryanı dövlətlərin coğrafi mövqeyindən asılıdır. Bu beynəlxalq layihə Xəzər ətrafındakı bütün dövlətlərin maraqlarına cavab verir və onun reallaşması üçün birgə səylər daha effektli ola bilər. Bunun üçün də, Xəzər ətrafındakı dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi zəruridir.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR