AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub

  • + A
  • - A
  • 31-10-2023, 13:05

    Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub

    Oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ilə təşkilatın Baş katibi Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib və Azərbaycan tərəfi Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı Konvensiyasını imzalayıb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

    Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi dəyərləndirib, uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq əməkdaşlığın bundan sonra da uğurla davam etdirələcəyinə inamını ifadə edib.

    General-polkovnik Əli Nağıyev regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb, Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.

    Baş katib Mariya Peyçinoviç Buriç Avropa Şurasının Cənubi Qafqazda hər zaman sülhün qorunub saxlanılmasına önəm verdiyini və təşkilatın bu prosesə lazımi dəstək göstərə biləcəyini qeyd edib.

    Söhbət əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan Xidmət rəisi Əli Nağıyev Avropa Şurasının Baş katibinin təşkilatın əhatə etdiyi ölkələrdə yaşayan şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasibət bildirərək, qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının Azərbaycanın xeyli zaman ərzində qaçqın və məcburi köçkün halında yaşamış, itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin Ermənistan tərəfindən basdırılmış minalardan sağlamlıqlarını itirmiş vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsində də tətbiq olunacağına ümidvar olduğunu deyib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR