Fəlakətli iqlim dəyişikliyi bəşəriyyəti çökdürə bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə “BioScience” jurnalında yayımlanan və 161 ölkədən 15 min alimin imzaladığı məqalədə deyilib.
Qeyd edək ki, “2100-cü ilə qədər iqlim insan həyatına demək olar ki, uyğunlaşmayacaq və əsas resurslar - su və qida tükənəcək. Ötən illərdə ortaya çıxan iqlim dəyişikliyi meyilləri bəşəriyyət üçün yaxşı heç nə vəd etməyən yeni normalara çevrilir. Meşə yanğınlarının güclənməsini, dözülməz istilik dövrlərinin artmasını, ümumi quraqlıq və adi su mənbələrinin məhv olmasını gözləməliyik”, - deyə
məqalədə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.