Masallı rayonunda polis qaydaları pozan sürücülərə qarşı reyd keçirib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı profilaktik tədbirlər keçirilib.
Belə ki, profilaktik tədbirlər zamanı həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Qeyd edək ki, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə bu kimi profilaktiki tədbirlər mütəmadi şəkildə davam etdirilir.