AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süni intellektə həsr olunmuş “Samsung Aİ Forumu”nda təqdim edilib - KİV

  • + A
  • - A
  • 9-11-2023, 04:57


    Süni intellektə həsr olunmuş “Samsung Aİ Forumu”nda təqdim edilib -


    Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası özünün “Samsung Gauss” generativ süni intellekt modelini təqdim edib. Belə ki, bu barədə məlumat şirkətin saytında dərc olunub.

    Həmçinin model süni intellektə həsr olunmuş “Samsung AI Forumu”nda təqdim edilib. O, “Samsung” Araşdırma Korporasiyası tərəfindən hazırlanıb. Şirkət bildirir ki, məhsul süni intellektin əsasını təşkil edən normal paylanma nəzəriyyəsini inkişaf etdirən riyaziyyatçı Karl Qaussın şərəfinə adlandırılıb.

    Model üç komponentdən ibarətdir. “Samsung”un generativ dil modeli “Gauss Language” materialların e-poçtları tərtib etmək, sənədləri ümumiləşdirmək və məzmunu tərcümə etməklə işin məhsuldarlığını artıra və sadələşdirə bilər. “Samsung Gauss Image” şəkilləri yarada və redaktə edə, keyfiyyətini yaxşılaşdıra və üslubunu dəyişə bilir. Üçüncü komponent “Samsung Gauss” kodudur, ondan proqramlar yazarkən istifadə edilir.

    “Korea Times” qəzeti ekspertlərə və korporasiyanın əməkdaşına istinadən bildirir ki, “Samsung Gauss” 2024-cü ilin birinci yarısında “Galaxy S24” smartfonlarına quraşdırıla bilər.
    AZƏRTAC


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR