Bakıdan Bərdə rayonu "Qarabağ" klinikasına gedən həkimlər
“Qarabağ” naminə bir araya gəldilər.
Bərdə rayonunda yerləşən “Qarabağ” klinikasının rəhbəri Dr. Fərid Məmmədovun və Dr. Səid Əhmədovun təşəbbüsü ilə Bərdə rayonunda tibbi xeyriyyə aksiyası keçirilib.
Azadmedia.az xəbər verir ki, Bərdə rayonunda “Qarabağ” naminə şüarı altında keçirilən tibbi xeyriyyə aksiyasına paytaxt Bakıdan Dr. S.Əhmədovun rəhbərliyi altında müxtəlif ixtisaslı həkimlər gedib.
Bərdədə yeni açılan “Qarabağ klinikasının rəhbəri Fərid Məmmədov bildirib ki, “Avqustun 14-də Qarabağ klinikasının həkim heyəti ilə bərabər, həmçinin Bakıdan əhalinin pulsuz tibbi müayinəsini aparmaq üçün müxtəlif ixtisaslı həkimlər Bərdədə oldu”.
Dr. Fərid Məmmədovun sözlərinə görə, xeyriyyə məqsədilə təşkil olunan aksiyada damar cərrahı, kardioloq, nevroloq, ginekoloq, USM həkimləri, revmotoloq, dermatovenoroloq, endokrinoloq, qastroentoroloq, otorinolarinqoloq, pediatr, allerqoloq, terapevt, uroloq kasmetoloq, cərrah ixtisaslı həkimlər iştirak edib.
Dr. F.Məmmədov, “Bakıdan gələn həkimlərimiz Qarabağ klinikasında oldular. Klinikaya müayinə üçün ətraf kəndlərdən insanlar gəlmişdilər. Həkim kollektivi 500-yə yaxın əlil və aztəminatlı ailələri pulsuz tibbi müayinə etdilər. Xəstələrə diaqnoz qoyuldu, müalicə təyin edildi. Həkimlərimiz hər biri öz ixtisası üzrə əllərində gələn köməkliyi göstərdilər. Bundan sonra hər il belə xeyriyyə aksiyaları keçirəcəyik.” - Dedi.
Klinikanın rəhbəri Dr. Fərid Məmmədov həmçinin bildirib ki, cəmiyyətimizdə insanlarımıza xüsusilə yaşlı insanlarımıza hər daim dərin ehtiram olub, eyni zamanda ahıllar daim qayğı, sevgi və nəvazişlə əhatə olunub. Ulu Öndər Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşırdı. Bugün də, prezident İlham Əliyevin rəhbərliyi altında həmçinin I Vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Ahıl vətəndaşların sağlamlığı, sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Biz də bu ölkənin vətəndaşı olaraq aksiyamızı “Qarabağ” naminə başlığı altında Dr. S.Əhmədovla birgə başlatdıq. Çalışdıq ki, əhaliyə bacardığımız qədər kömək edək.!”
Qarabağ klinikasının rəhbəri Dr. Fərid Məmmədov qeyd edib ki, “Qarabağ” naminə xeyriyyə aksiyasında klinikanın direktoru Sahilə Məmmədova, Dr. Liana Fərzəliyeva – USM, Dr. Şahin Mustafayev – USM, Dr. Zərifə Əliyeva – Endokrinoloq, Dr. Məlahət Əliyeva – Ginekoloq, Dr. Ləman Əliyeva – Ginekoloq, Dr. Azər Məmmədov – Pediatr, Dr. Ceyran Əmirova – Terapevt, Tibb bacısı Leyla Abdullayeva iştirak edib.Damar cərrahı Dr. Səid Əhmədovun sözlərinə görə, başlatdığı
“Qarabağ” naminə xeyriyyə aksiyasında onun özünün çalışdığı Yasamal klinikasının həkimləri ilə bərabər, müxtəlif klinikaların həkimləri də iştirak edib.
Dr. S.Əhmədov vurğulayıb ki, “Məqsədimiz bölgələrdə insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına köməklik göstərməkdir. İnsanlarımıza xüsusilə yaşlı nəslə qayğı, diqqət həm də milli mənəviyyatımızın tərkib hissəsidir. Biz həkimlərdə bu qayğının ən gözəl təcəssümü həm də bölgə sakinlərimizə baş çəkmək, onların səhhətləri ilə maraqlanmaq, sağlamlıqlarının qorunmasıdır. Vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində həyata keçirdiyimiz bu cür aksiyalar bundan sonra da ənənə formasında davam etdiriləcək.”
Dr. S.Əhmədov qeyd edib ki, ölkə rəhbərliyimiz tərəfindən müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq prioritetdir. Həmçinin Prezident İlham Əliyevin hər zaman çıxışlarında vurğuladığı kimi “İnsanların sağlamlığı və sosial rifahı birinci yerdədir.”
Dr. S.Əhmədovun sözlərinə görə, “Elə bu minvalla yola çıxaraq aksiyada çoxprofilli həkimlər – Dr. Yaşar Əhmədov – Nevroloq, Dr. Sevinc Abdullayeva – Kardioloq, Dr. Səid Əhmədov - Damar cərrahı, Dr. Ləman Xasayeva - Qastroenteroloq, Dr. Rəsul Cabbarlı – Otorinolarinqoloq, Dr. Vüsalə Atakişiyeva – Mütəxəssis Revmatoloq, Dr. Sevinc Ərəbi – Nevroloq, Dr. Rəna Kəngərli – Dermatoveneroloq, Türkiyədə ixtisaslaşmış Dr. Həmidə Ələfsərova – Pediatr-Allerqoloq, Dr. Vüsalə Müslümova – Kasmetoloq, Dr. Sənəm Dadaşzadə - Uşaq Nevroloqu, “Qarabağ” naminə xeyriyyə aksiyasında iştirak ediblər.Qarabağ klinikasının direktoru Sahilə Məmmədova bildirib ki, “Prezident İlham Əliyevin hər daim diqqət mərkəzində Azərbaycan vətəndaşının, birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı birinci yerdə olubdur. Bugün, ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, dövlət başçısı qazilərimiz başda olmaqla, fövqəladə hallar, təbii fəlakətlər zamanı zərər çəkən vətəndaşlarının sosial rifahının da qayğısına qalır. Hətda bütün dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə də ölkə rəhbərimiz insan amilinin əsas olduğunu diqqətə çatdırırdı, açıq şəkildə bildirirdi ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətdə əsas amil vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahıdır.”
Bəli, həyatın ən vacib və qarşılıqsız qəhrəmanlarında biri də həkimlərdir. Çox müqəddəs bir vəzifə daşıyan dəyərli həkimlər..
Həkimlərin yeganə məqsədi insan həyatını xilas etmək və xəstə insanların ən dəqiq müalicə üsulları ilə çox daha qısa müddətdə sağlamlığına qovuşmasını təmin etməkdir. İndiki global şəraitdə daha yaxşı yaşamaq üçün çox çalışmaq lazımdır. Ancaq bu qədər işdən və ya genetik şəraitdən sonra xəstəliklər daha çox yayılır. Elə bu anda həkimlərimiz hər daim köməyimizə çatır.
Daima baş tacı olan həkimlərin yeganə məqsədi insanlara hər cəhətdən kömək etməkdir.
Sağlam cəmiyyət, yeni nəslin gələcəyi naminə fəaliyyətini fasiləsiz davam etdirən həkimlər üçün nə qədər yaxşı sözlər deyilsə, yazılsa da, həmişə az olacaq. Bu dünyada hər cür gözəl sözə layiq olan həkimlərin haqqı ödənməz..
İnsanları yaşatmağı, ağrılarını azaltmağı, dərdlərinə şəfa verməyi öz peşəsi kimi seçən bütün səhiyyə işçilərimizə sağlam həyat yolu arzulayıram.
Hörmətlə..
"Qarabağ" naminə xeyriyyə aksiyasının media nümayəndəsi iştirakçısı
Azadmedia.az xəbər portalının Redaktoru,
Türkiyə 1453 Kral Media xəbər agentliyinin Azərbaycan nümayəndəsi -
Ülkər Piriyeva