Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq üçün səylərini davam etdirdiklərini, lakin bunun çətin olacağını söyləyib. Quterreş “Reuters Next” adlı tədbir çərçivəsində təşkil olunan tədbirdə qonaq olub.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Ukraynada həllin beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun olmasının vacibliyini dilə gətirən Quterreş “Ukraynanın ərazi bütövlüyü təmin edilməlidir. Bunun əldə edilib-edilməyəcəyini və ya nə vaxt olacağını bilmirəm, amma edilməsi lazım olan budur. Problemi həll etmək gücüm yoxdur, amma səsim məsuliyyət daşıyır, sülh olmalıdır" deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.