Beynəlxalq humanitar yardım daşıyan ən azı 144 yük maşını cümə axşamı günü Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olub. Azadmedia.az xəbər verir ki, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Koordinasiyası İdarəsi məlumat yayıb.
Belə ki, məlumatda qeyd olunur ki, yük maşınları müvəqqəti saxlama məntəqəsinin fəaliyyəti üçün su, ərzaq, tibbi avadanlıq və ilkin tələbat malları gətirib.
Qeyd edək ki, Anklava daxil olan yük maşınlarının 88-də ərzaq (1765 ton), 21-də tibbi avadanlıq (198 ton), 18-də su (340 ton), 7-sində ilkin tələbat malları (110 ton), 10-da isə qarışıq yüklər (192 ton) olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.