AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Medianın İnkişafı Agentliyi təşkilatçılığı ilə Azərbaycan media nümayəndələri Şuşaya səfər edib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 28-12-2021, 15:40


    27 dekabr 2021-ci il tarixdə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) təşkilatçılığı ilə Azərbaycan media nümayəndələrinin Şuşaya səfəri təşkil olunub. Şuşaya reallaşan səfərdə müxtəlif televiziya, xəbər saytlarının nümayəndələri iştirak edib.


    Azadmedia.az xəbər verir ki, Səfər çərçivəsində Azərbaycan media nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Cıdır düzünü, erməni vandalizminə məruz qalmış Güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, Yuxarı Gövhər ağa məscidini və digər mühüm yerləri ziyarət ediblər.


    Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki,
    “Təəssüratım çox yüksəkdir, ilk dəfədir ki, Şuşada oluram. Onun böyük həyəcan hissi var, buraya gələndə duyğular qarışır bir-birinə. Bir tərəfdən sevinirik ki, doğma torpağımızdayıq. 30illik həsrətdən sonra torpaqlarımızı işğaldan azad etmişik və burdayıq. Bir tərəfdən də, bu torpaqların hər qarışında qəhrəman Azərbaycan oğullarının qanı tökülüb. Şəhidlərimizi rəhmətlə yad edirik. Allah dövlətimizə qüdrət versin, Prezidentimizə möhkəm can sağlığı versin. Bu torpaqlar da inşaallah, əbədilik bizimdir. O duyğularla yaşayırıq.. Bu gün, Erməni vandallarının şəhərə vurduqları ziyanı hər bir küçədə, evdə görmək mümkündür. Buna baxmayaraq, şəhərin baş planına uyğun olaraq, şəhərdə bərpa və yenidən qurma işləri tam gücü ilə davam edir, tarixi abidələr bərpa olunur, yararsız vəziyyətə düşən ərazilər yenidən qurulur. Bölgədə çox intensiv iş gedir, infrastruktur qurulur.”


    Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə qeyd edib ki,
    “Şuşaya gələndən, Şuşanı qarış-qarış gəzəndən, Cıdır düzü ilə tanış olandan, o sıldırım qayaları görəndən sonra qələbəmizin əhəmiyyətini, mahiyyətini daha dərindən dərk elədim. Tarixən belə olub, Şuşa kimdə olubsa, Qarabağ onda olub, bugün Şuşa bizdədir, Qarabağ da bizdədir. Şuşa Qarabağın açarıdır. Şuşa qələbəmizin simvoludur. Şuşa uğurumuzun açarıdır. İnşaallah, biz bu məcazi açarla Qarabağdakı bütün bağlı qapılarımızı açacayıq və bu tezliklə olacaq.”


    Azadmedia.az xəbər portalının redaktoru, 1453Kral Media agentliyinin Azərbaycan nümayəndəsi Ülkər Piriyeva bildirib ki,
    “İlk dəfədir ki, Şuşada oldum.. 30 ilə yaxın bir müddət ərzində işğal altında saxlanılan doğma Qarabağ torpaqlarımızda ermənilərin törətdikləri vandalizmi, barbar əməlləri yerindəcə öz gözlərimizlə gördüm. Daş üstündə daş qoymamışdılar.. Qeyd etməliyəm ki, Şuşada olmaq mənim üçün ayrı bir xoşbəxtlik oldu. Ancaq o an, orda yaşadığım duyğuları ifadə etmək, dilə gətirmək çox çətindir. Onu deyə bilərəm ki, olduqca qürurverici an idi. Hələ, Şuşada aparılan abadlıq işlərini görəndə isə çox duyğulandım, çox sevindim. Şuşa ziyarətindən böyük təəssüratlarla qayıdıram. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşamızın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın göz bəbəyi, Azərbaycanın mədəniyyət beşiyi, Qafqazların incisidir. Ali Baş Komandan İlham Əliyev, qüdrətli Azərbaycan Ordusu imkan verə bilməzdi ki, belə müqəddəs yerlərdə düşmən artıq hərəkətlər etsin.. Bu gün, Cıdır düzündə şərabı Azərbaycanımızın milli çay süfrəsi, milli nemətlərimiz, milli qürurumuza toxunan artıq hərəkət və rəqsləri isə müqəddəs, əvəzsiz və nümunəvi milli dəyərlərimiz əvəz edir.. Bu gün Əziz Şuşada, doğma Qarabağımda Cənab Prezidentin tapşırıqları əsasında aparılan quruculuq işləri ilə oraya yeni can, yeni nəfəs gəlir. Şuşa can Qarabağda artıq yenidən rahat nəfəs alır. Bu bir reallıqdır ki, haqq ədalət gec-tez öz yerini tapır. Biz də, Azərbaycan xalqı olaraq dünyanın göz yumduğu ədaləti, haqql, həqiqəti yerindəcə Dəmir Yumruqla bərpa etdik. Bəli, 30il sonra Dəmir yumruğun gücü ilə Cənab Ali Baş Komandan Prezident İlham Əliyev və rəşadətli Azərbaycan ordusu erməni işğalı altında olan Qarabağı özünə, doğma Azərbaycanına qaytardı. Çünki bir həqiqət var - Qarabağ Azərbaycandır!”

    Səfər çərçivəsində Jurnalistlər Şuşada çəkilişlər aparmaqla yanaşı, Cıdır düzündə yallı rəqsini də ifa ediblər.

    Qeyd edək ki, media nümayəndələri sonda səfəri təşkil edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA) təşəkkürlərini bildiriblər.



























































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR