UNESCO-nun baş konfransının Parisdə keçirilən 42-ci sessiyasında növbəti sessiyanın 2025-ci ildə Səmərqənd şəhərində təşkili rəsmən təsdiq edilib.
Azadmedia.az xəbər verir ki, beləliklə, UNESCO-nun baş konfransı 40 il ərzində ilk dəfə Parisdən kənarda keçiriləcək. Fransanın paytaxtında baş tutan 42-ci sessiyada 2025-ci ildə 43-cü sessiyanın Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi təklifi dəstəklənib və müvafiq qərar qəbul olunub.
Belə ki, tədbir Parisdən kənarda sonuncu dəfə 1985-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilmişdi.
Qeyd edək ki, 1945-ci ilin noyabrında əsası qoyulan və baş qərargahı Parisdə yerləşən UNESCO BMT-nin təhsil, elm, mədəniyyət və Ümumdünya İrs Siyahısına daxil olan obyektlər üzrə ixtisaslaşmış qurumudur. Təşkilata 193 dövlət üzvdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.