AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə Ailə və Gənclik Fondunun yaradılması haqqında qanun layihəsi təsdiqləndi - Son Dəqiqə

  • + A
  • - A
  • 23-11-2023, 11:38

    Türkiyədə Ailə və Gənclik Fondunun yaradılması haqqında qanun layihəsi təsdiqləndi -


    Türkiyədə Ailə və Gənclik Fondunun yaradılması haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilərək qüvvəyə minib.
    Azadmedia.az xəbər verir ki, qanun layihəsinə əsasən, Türkiyənin neft, təbii qaz və mineral ehtiyatlardan əldə etdiyi gəlirin 20 faizi ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində yaradılacaq fonda köçürüləcək.
    Belə ki, ölkədə yeni ailə quran gənclərə fond tərəfindən 150 min Türk lirəsi məbləğində faizsiz kredit veriləcək. Gənclər krediti ilk iki il güzəştli, dörd il ərzində isə geri ödəmək şərti ilə ala biləcəklər.

    Həmçinin bu ilin fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə başladılacaq və hər il maliyyə məbləği artırılacaq layihə sonrakı mərhələdə bütün ölkəni əhatə edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR