Noyabrın son günü Dubayda başlayacaq BMT-in iqlim sammiti - COP28 çərçivəsində “yaşıl” və dayanıqlı daşınmaz əmlak məsələləri müzakirə olunacaq.
Belə ki, “Emirates” agentliyi xəbər verir ki, dünyanın 80 ölkəsində ofisi olan JLL daşınmaz əmlak kompaniyası bununla bağlı keçirdiyi brifinqdə davamlılıq nöqteyi-nəzərindən sektor daxilində fəaliyyətin son vəziyyətini şərh edib. Britaniya kompaniyasının nümayəndələri qeyd ediblər ki, onların iqlim sammiti ərəfəsində təqdim etdikləri “Yaşıl inqilab: Daşınmaz əmlakda davamlılığa çağırış” adlı sənəd yaşayış binaları və infrastruktur obyektlərinin tikintisində bərpa olunan enerji mənbələrinin daha fəal tətbiqinin yollarını təqdim edir.
JLL qeyd edir ki, qlobal enerji ilə bağlı karbon emissiyalarının təxminən 40 faizini və enerji istehlakının 36 faizini təşkil edən yüksək enerji istehlakı, karbon emissiyaları və resursların tükənməsi davamlılıq tədbirlərinin daşınmaz əmlaka inteqrasiyasını zəruri edib və bu sektorun xalis sıfır emissiyaya keçidini sürətləndirəcək investisiya qərarlarını meydana çıxarıb. Hesabatda, həmçinin zamanla azalan əmlak dəyərlərini kompensasiya etmək və iqlimlə bağlı problemləri minimuma endirmək üçün “yaşıl” binalara və “yaşıl” tikintiyə maliyyə sərmayələrinin vacibliyi vurğulanıb. Bu, xüsusilə də qlobal orta temperaturdan iki dəfə daha çox istiləşən Yaxın Şərq regionunda daha aktualdır. Bu regionda 2050-ci ilə qədər havanın hərarətinin 4 dərəcə Selsi artacağı proqnozlaşdırılır. AzərTac
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.