Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cu iclası keçirilir. Azadmedia.az xəbər verir ki, ikigünlük iclas çərçivəsində ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini müzakirə edəcək və qiymətləndirəcəklər. Belə ki, Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində, eləcə də təşkilatın bütün fəaliyyət sahələrində görülən işlər nəzərdən keçiriləcək.
Qeyd edək ki, illik toplantı Şimali Makedoniya xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin dəvəti ilə baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.