ABŞ və Ukraynanın nümayəndələri müəyyən silah növlərinin birgə istehsalı və texniki məlumatların mübadiləsi ilə bağlı razılıq əldə ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Departamentin qeyd etdiyi kimi, Vaşinqtonda Ukraynanın hərbi-sənaye kompleksi ilə bağlı məsələlərə dair konfrans başlayıb. Konfrans çərçivəsində Amerika və Ukrayna rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını təcili ödəmək üçün kritik silah növlərinin birgə istehsalı və ölkələr arasında prioritet texniki məlumat mübadiləsi ilə bağlı niyyət bəyanatı imzalayıblar.
Həmçinin ABŞ müdafiə naziri Lloyd Ostin izah edib ki, xarici istehsalçılarla əməkdaşlıq Kiyevə ehtiyat hissələrin ehtiyac duyulan yerə daha yaxın istehsal etməsinə və təmir edilmiş hərbi texnikanı daha tez cəbhəyə qaytarmasına yol açacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.